Ekspertlər 2017-ci ildə zərərverici proqram təminatından istifadə edilməyən hücumların artımını proqnozlaşdırır

Ekspertlər 2017-ci ildə zərərverici proqram təminatından istifadə edilməyən hücumların artımını proqnozlaşdırır
03 2017 12:29

Uzun illər ərzində virus yazanlar təhlükəsizlik mexanizmlərini keçmək məqsədi ilə sistemə yüklənən zərərverici faylların tərkibinin gizlədilməsi üzrə yeni üsullar ixtira etmək üçün böyük səy göstərirlər. Ekspertlərin məlumatına görə, 2016-cı ildə kompüterin yaddaşında fayllardan istifadə etmədən həyata keçirilən hücumların sayı xeyli artıb.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, sözsüz ki, belə hücumlar yeni sayılmır, ancaq geridə qoyduğumuz ildə tədqiqatçılar onların yüksəlişini qeydə alıblar. “Carbon Black” şirkətinin hesabatına əsasən, 2016-cı ilin ikinci yarısında zərərverici proqram təminatından istifadə edilmədən həyata keçirilmiş hücumların sayı 33% artıb. 90 gün ərzində təşkilatların təxminən 33%-i zərərverici proqram təminatından istifadə edilməyən ən azı bir güclü hücumla qarşılaşır.

Belə hücum  nümunələrindən biri ABŞ Demokrat Partiyasının Milli  Komitəsinin şəbəkəsinə müdaxilədir. Buna görə ekspertlər belə hadisələrə daha çox diqqət verməyə başlayıblar. Bundan əvvəl “Proofpoint” tədqiqatçıları informasiya oğurluğu üçün nəzərdə tutulmuş yeni “August” zərərverici proqram təminatı haqda məlumat veriblər. Troyan özündə zərərverici makroslar saxlayan “Microsoft Office” sənədi bərkidilmiş elektron məktubların köməyi ilə yayılır.

Ekspertlərin fikrincə, 2017-ci ildə fayllardan istifadə edilmədən həyata keçiriləcək hücumların azalması gözlənilmir. “Symantec” şirkətinin məlumatına görə, şirkətlər belə təhdidlərə hazır olmalıdırlar.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.