Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadası ərazisindəki gölləri çirkləndirənlər barəsində inzibati tədbirlər görür. Nazirliyin əməkdaşları çirkab sularının axıdılmasının monitorinqini aparır, gölətrafı ərazilərdə məişət tullantılarının qanunsuz utilizasiyası faktlarını üzə çıxarırlar. Bu problem Xocasən gölündə xüsusilə kəskindir. Onun zibil yığnağına çevrilmiş sahilində antisanitariya hökm sürür.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentindən AZƏRTAC-a bildiriblər ki, gölətrafı ərazilərdə ekoloji vəziyyəti yaxşılaşdırmaq ilk növbədə yerli icra hakimiyyətinin və kanalizasiya sularının göllərə axıdılması probleminin həllinə məsuliyyət daşıyan “Azərsu” ASC-nin vəzifəsidir.
Milli Məclisin sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb.
Bu gün pandemiya səbəbindən Gürcüstanı qalan daha 250 Azərbaycan vətəndaşının ölkəyə təxliyəsi həyata keçirilib.
Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb.