Əhalinin banklardakı əmanətlərinin 81,2 faizi xarici valyutada qoyulub

Əhalinin banklardakı əmanətlərinin 81,2 faizi xarici valyutada qoyulub
25 2017 09:52

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 7747,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 81,2 faizi xarici, 18,8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.

Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,79 (ilin əvvəlindən 1,80) manata, 1 avroya 1,90 manata (1,92), 100 rus rubluna 3,06 manata (3,04) bərabər olub.


10 May 2021
İqtisadiyyat

Dünya bazarında neft bahalaşır

Dünya bazarında neft qiymətlərində artım müşahidə edilir.

8 May 2021
İqtisadiyyat

“Azəriqaz” bayram günlərində necə işləyəcək? - RƏSMİ

“Azəriqaz” İstehsalat Birliyi (İB) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.