Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək (ÖZƏL)

Əhalinin 50 faizi icbari tibbi sığorta ilə bağlı güzəştlərdən istifadə edəcək (ÖZƏL)
27 Dek 2016 09:39

Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50 faizi güzəştdən istifadə edə biləcək.

Bunu Trend-ə eksklüziv olaraq Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50 faizi qeyri-iqtisadi, 50 faizi isə iqtisadi fəal əhali qrupuna aiddir.

Agentlik direktoru əlavə edib ki, gələn il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq: “Niyyətimiz odur ki, yanvarın 1-dən sistemin tətbiqinə başlayaq. Amma bu, elə də asan deyil. Çünki yanvarın 1-dən pilot rayonlardakı dövlət xəstəxanalarının idarəçiliyi də Agentliyə keçdiyindən, bununla əlaqədar bir qədər hazırlıq işləri görüləcək, sonra isə biz sistemin tətbiqinə başlayacağıq”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək. Gələn il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcəklər. Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.


26 Sent 2023
Cəmiyyət

Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.

26 Sent 2023
Cəmiyyət

Azərbaycan Macarıstanla iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

26 Sent 2023
Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır - FOTO

“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

26 Sent 2023
Cəmiyyət

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

26 Sent 2023
Cəmiyyət

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.