Əbülfəs Qarayev: Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq (YENİLƏNİB)

Əbülfəs Qarayev: Bakı Şopinq Festivalının mədəni proqramı çox zəngin olacaq (YENİLƏNİB)
11 2017 09:50

Bakıda ilk dəfə keçirilən Şopinq festivalın açılış mərasimi çərçivəsində Azərbaycan Dövlət Rəqs ansamblı yeni layihə ilə çıxış edəcək.

Trend-in məlumatına görə, bunu bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, festival çərçivəsində ansamblın yeni proqramı təqdim olunacaq: "Bu proqram üzərində bir neçə müddətdir ki, yeni kollektiv çalışır. Azərbaycanın rəqs xəzinəsindən bəzi rəqslər bərpa olundu. Bu gecə xüsusilə onunla əlamətdardır ki, Azərbaycan rəqs ansamblını canlı orkestr müşayiət edəcək. Bununla da biz silsilə olaraq Şopinq festivalın mədəni proqramını açırıq. Mədəni proqram çox zəngin olacaq. Həm xaricdən qonaqlarımız olacaq, həm də bütün ticarət mərkəzlərində xüsusi əyləncə proqramı təşkil olunacaq".

Nazir qeyd edib ki, festival çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçiriləcək: "Şopinq Festivalı müddətində eyni zamanda Rastropoviç festivalı, dünya forumları keçiriləcək və bu tədbirlərə gələcək qonaqların festivalın imkanlarından faydalanmasını biz səbirsizliklə gözləyirik".

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.


19 Mar 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 19.03.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Mar 2025
Cəmiyyət

Şuşa şəhərində Novruz bayramı qeyd edilir

18-24 mart 2025-ci il tarixlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən "Şuşa Baharı"" adlı silsilə Novruz bayramı tədbirləri həyata keçirilir.

18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.