Bu yaxınlarda təqdim olunacaq dünyanın ən güclü prosessoruna malik unikal “Bluboo R1”smartfonu barədə qlobal internet şəbəkəsində məlumatlar yayılmağa başlayıb.
AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, Çin istehsalı olan yeni qurğu dünyada analoqu olmayan “MediaTek Helio X30” prosessoru ilə təchiz edilib. Prosessor istənilən tapşırığın maksimum tez yerinə yetirilməsinə zəmanət verən və qızma halını istisna edən 10 nüvəyə malikdir. Bundan əlavə, “Helio X30” çipinin “Helio X20” prosessorunun təkmilləşdirilmiş versiyası olması bildirilir.
Həmçinin yeni smartfon 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış yaddaşa malik olacaq. Korpusu sukeçirməz materialdan hazırlanacaq yeni qurğunun martda nümayiş ediləcəyi gözlənilir.
“İsveç və Finlandiyadan konkret addımlar gözləyirik”.
Danimarkanın baş naziri Mette Frederiksen Ukraynada səfərdədir.
Moskvada səfərdə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.