Çinin “ProTruly” şirkəti dünyada panorama kamera ilə təchiz edilmiş ilk smartfonun satışına başlayıb. İki ədəd "balıq gözü" tipli 13 meqapiksellik obyektiv 360 dərəcəlik şəkil və videolar çəkərək onları “YouTube” və ya “Facebook”da yerləşdirməyə imkan verir.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “Darling” smartfonu ilk dəfə ötən ilin payızında Şençjendə keçirilmiş “China Hi-Tech Fair” sərgisində nümayiş etdirilib. Aparat iki versiyada əlçatandır: adi və premium (italyan dərisi, 3,08 qram təmiz qızıl, həmçinin 4 ədəd almazdan işləmə).
Hər iki aparat “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 5.5 düymlük ekran, 8 meqapiksellik “selfi” kamera, 2.5 QHs takt tezlikli “Helio X20 MT6797” prosessoru, 4 giqabaytlıq əməli yaddaş, 64 giqabaytlıq fləş daşıyıcı və 3560 milliamper/saat tutumlu batareya ilə təchiz edilib və “Android 6.0 Marshmallow” mobil əməliyyat sistemi ilə işləyir.
Smartfonlar, həmçinin “USB-C” portu və ön paneldə “Ev” düyməsinə qurulmuş barmaq izlərinin skanerinə malikdir. “Mashable” nəşrinin məlumatına görə, “Darling” smartfonunun adi versiyası 500, premium versiyası isə 800 dollara satılır. Yeni cihazları yalnız Çində əldə etmək olar.
Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudada zəlzələ baş verib.
İsrailin Livanın şimalındakı Eyto yaşayış məntəqəsində yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində ən azı 18 nəfər həlak olub.
İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.