Amerika alimləri insana dünyada ən kiçik kardiostimulyatoru müvəffəqiyyətlə implantasiya ediblər.
AZƏRTAC xəbər verir ki, iri vitamin həbindən böyük olmayan qurğu (standart stimulyator ölçüsünün ondabiri boyda) ürək ritminin yavaşıması ilə xarakterizə olunan bradikardiyalı pasiyentlər üçün nəzərdə tutulub. “Mikrotranskateterli qıcıqlandırıcı sistem” (MQS) adlanan stimulyator hazırda bazarda ən mükəmməl kardiostimulyator sayılır.
Kiçik ölçüsü və düşünülmüş sistemi sayəsində səmərəli işləyən bu qurğu implantasiya əməliyyatlarını sürətlə və rahat həyata keçirməyə imkan verir. İmplantasiya düz ürəyə gedən kateter vasitəsilə həyata keçirilir, yəni dəri altına heç bir qurğu yerləşdirilmir.
Yeni qurğu pasiyentin fəallığından asılı olaraq, stimulyasiyanı avtomatik kökləməyə imkan verir. Qurğunun daha bir üstünlüyü budur ki, onun batareyası 10 il ərzində əvəzsiz işləyə bilər. İnsanın hər hansı digər kardioloji qurğuya ehtiyacı olanda, sistem sönür və yeni qurğunun müvəffəqiyyətlə implantasiya olunmasına şərait yaradır.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.