Dünya ölkələri nağd puldan imtina etməyə hazırlaşır

Dünya ölkələri nağd puldan imtina etməyə hazırlaşır
07 2017 09:02

Avropanın böyük bir hissəsi, Hindistan, ABŞ qeyri-nağd hesablaşmalarla əməliyyatlara hazırdır. 

REALPTRESS.Az-ın məlumatına görə, “Report”un “Vestifinance.ru” saytına istinadən xəbər verir ki, tezliklə dünya rəqəmsal ödənişlər sisteminə tam keçməyə hazır olacaq. 

“The Daily Coin” investisiya araşdırma saytının analitiki Rori Holun (Rory Hall) hesablamalarına görə, hazırda dünyada hər 3 nəfərdən biri nağd hesablaşmalardan istifadə etmir. 

Qeyd edək ki, dünya əhalisinin 1/7 hissəsinin məskunlaşdığı Hindistan qısa müddət bundan əvvəl ölkədə 500 və 1000 rupilik əsginasların tədavülünü məhdudlaşdırıb. Bu ilin əvvəlində Taylandın sikkələri dövriyyədən çıxarması gözlənilir. Bu ölkə elektron ödənişlərin təşviqi üçün ciddi işlər görməyə başlayıb. 

Hətta Tayland Mərkəzi Bankı “PromtPay” sistemindən istifadəyə görə 1 mln. bat (125 min ABŞ dolları) lotereya oynanmasını qərarlaşdırıb. Bununla, Tayland “kölgə iqtisadiyyatı”nın payını azaldaraq 100 mln. bat (12,5 mln. dollar) əlavə verginin toplanmasına ümid etdiyini bildirib. Cənubi Koreya isə artıq metal pullardan imtina edib. 

Çində nağdsız hesablaşmalar 2016-cı ildə illik müqayisədə 40% artım göstərib və hazırda bu ölkə ABŞ, Avropa, Braziliyadan sonra 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, hazırda C.Koreyada 50,22 mln., Hindistanda 1,33 mlrd., Taylandda 68,22 mln. əhalinin yaşadığını, 1,35 mlrd. Çin əhalisinin 40%-ni də əlavə etdikdə, təxminən 2 mlrd. insanın nağdsız hesablaşmalardan istifadə etdiyi bildirilir. Buna bir də ABŞ, Avropa və Braziliya əhalisini əlavə etsək dünyada hər 2 insandan birinin nağdsız ödənişlər apardığını ehtimal etmək olar.

ABŞ-ın keçmiş maliyyə naziri, Obama hakimiyyətində Milli İqtisadi Şuranın sədri olmuş Larri Sammers 100 dollarlıq əsginasların ləğv edilməsinə çağırıb. Xatırladaq ki, dünyada 1,2 trln. dollar həcmində 100 dollarlıq əsginaslar var və bunlardan imtina rahat şəkildə nağdsız hesablaşmalara keçidi təmin edəcək.


23 Yan 2021
İqtisadiyyat

Azərbaycanda neft hasilatı artacaq

OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

23 Yan 2021
İqtisadiyyat

Vətən müharibəsinin iştirakçısı: “Döyüş zamanı yoldaşının canı sənə əmanət olur” - FOTO

Müharibənin bitməyinə bir gün qalmış döyüş yoldaşlarımızdan biri dedi ki, mən hamınızdan tez gedəcəm evə. Həmin gecə ermənilərin diversiya qrupu Zəngilana hücum etdi, iki nəfər şəhid oldu və onlardan biri də həmin yoldaşımız idi.

23 Yan 2021
İqtisadiyyat

Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondu (ADİF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 265 qorunan əmanətçisinə 619,4 milyon manat kompensasiya ödəyib.

22 Yan 2021
İqtisadiyyat

Mərkəzi Bankdan 500 manatlıq pul nişanı ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

22 Yan 2021
İqtisadiyyat

Qarabağ ilə bağlı yeni sayt istifadəyə verildi - FOTO

Azərbaycan Turizm Bürosu tərəfindən “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib.