Dünya okeanı Yer üzündən London, Venesiya və Qahirəni siləcək

Dünya okeanı Yer üzündən London, Venesiya və Qahirəni siləcək
20 2017 15:35

Amerikalı və irlandiyalı alimlərin proqnozuna görə, yüzlərlə böyük şəhərlərin Yer üzündən silinməsinə səbəb olacaq dünya okeanı səviyyəsinin qorxulu yüksəlişi geoloji ölçülərə görə yaxın vaxtda - bir neçə yüz ilə baş verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Science” jurnalında yazılıb.

Təxminən 116-129 min il əvvəl olmuş buzlaşmalararası sonuncu böyük dövrdə dünya okeanı səthinin temperaturu təxminən indiki səviyyədə olub. Hələ o zaman dünya okeanının səviyyəsi indikindən 6-7 metr çox qalxmışdı.

Lakin bəzi ekspertlər Arktika buzlarının daha tez – 2030-2050-ci illərdə tamamilə yox olacağını bildirirlər. Nəticədə ABŞ-ın Atlantik okeanı sahilləri, Uruqvay, Peru, Niderland və Danimarkanın sahilyanı əraziləri su altında qala bilər. Dünya xəritəsindən London, Venesiya, İsgəndəriyyə və Qahirə silinəcək.

Alimlər müvafiq proqnozları istixana qazlarının mənfi təsiri və qlobal istiləşmə təhlükəsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, buzlaşma Yerin geoloji tarixində dövri təkrarlanan və bir neçə milyon ilədək davam edən dövrdür. Həmin dövrdə materiklərdə buz örtükləri çoxalır, sonra isə onların əriməsi prosesi başlayır. Ekoloqların çoxunun proqnozuna görə, məhz buzlaşma dövrünün gəlməsi planeti qlobal istiləşmədən xilas edəcək.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.