Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədlərin adları açıqlanıb

Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədlərin adları açıqlanıb
27 2017 08:45

Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi səsvermə yolu ilə qurumun baş direktoru vəzifəsinə üç namizəd irəli sürüb. Onların adları Dünya Səhiyyə Assambleyasına təqdim olunacaq.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, səsvermədən əvvəl üzv dövlətlər beş namizədlə müsahibə aparıblar. Namizədliyi irəli sürülən 3 nəfərin – Tednos Adhanom Gebreyezus (Efiopiya), David Nabarro (Böyük Britaniya) və Sani Niştarın (Pakistan) adları yanvarın 25-də ümumi axşam iclasında elan edilib.

DST-nin üzvü olan dövlətlər 2017-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının sessiyasında keçiriləcək səsvermə zamanı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin icrasına 2017-ci ilin iyulunda başlayacaq.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.