Dünya Autizm Məlumatlandırma Günü münasibətilə seminar keçirilib

Dünya Autizm Məlumatlandırma Günü münasibətilə seminar keçirilib
06 2017 09:52

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Dünya Autizm Məlumatlandırma Gününə həsr edilmiş seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda institutda ixtisasartırma kursuna cəlb edilən pediatrlar iştirak ediblər. Pediatriya kafedrasını dosenti Mətanət Qaraxanova tədbir iştirakçılarına uşaqlarda autistik spektrli pozuntuların erkən aşkarlanması üçün diaqnostik meyarlar, erkən müdaxilə istiqamətləri, autizm sahəsində beynəlxalq təcrübələr və maarifləndirilmə tədbirləri barədə məlumat verib.

Xatırladaq ki, aprelin 2-də qeyd edilən Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Bakıda bir sıra tədbirlər keçirilib. 2008-ci ildən dünyada keçirilən “Mavi işıqla işıqlandır” (“Light it up Blue”) beynəlxalq aksiyası çərçivəsində paytaxtın görməli yerləri autizmin beynəlxalq rəmzi hesab edilən mavi rənglə işıqlandırılıb.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.