Dövlət qurumlarından korrupsiya ilə bağlı edilən müraciətlərin sayı açıqlandı

Dövlət qurumlarından korrupsiya ilə bağlı edilən müraciətlərin sayı açıqlandı
16 2017 11:50

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2016-cı ildə dövlət qurumları tərəfindən quruma daxil olan korrupsiya faktları ilə bağlı müraciətləri açıqlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, ötən ildə Dövlət Təhlükəsizliyi Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 7, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş prokurorluqdan 5, rayon prokurorluqlarından 64, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, digər yerli məhkəmələrdən 37, Bələdiyyərlə bağlı 23, Maliyyə Nazirliyindən 15, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 4, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən 9, İqtisadiyyat Nazirliyindən 15, Müxtəlif banklardan 23, Özəl sektor 51, Dövlət İmtahan Mərkəzindən 5 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət daxil olub. Edilmiş müraciətlər əsasında əsasən cinayət işlərinin başlanması təmin edilib".


26 Sent 2023
Cəmiyyət

Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.

26 Sent 2023
Cəmiyyət

Azərbaycan Macarıstanla iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.

26 Sent 2023
Cəmiyyət

Xınalıqda 20 evdə bərpa işləri aparılır - FOTO

“Hazırda Quba rayonunun Xınalıq kəndində 20 evdə bərpa işləri aparılır”.

26 Sent 2023
Cəmiyyət

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

26 Sent 2023
Cəmiyyət

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub.