Dövlət qurumları öz məlumatlarını www.data.gov.az portalında yerləşdirməklə, ictimaiyyəti öz xidmətləri ilə tanış edəcəklər

Dövlət qurumları öz məlumatlarını www.data.gov.az portalında yerləşdirməklə, ictimaiyyəti öz xidmətləri ilə tanış edəcəklər
07 2017 15:28

Dövlət qurumları öz məlumatlarını www.data.gov.az portalında yerləşdirməklə, həm ictimaiyyəti öz xidmətləri ilə tanış edəcək, həm də ayrı-ayrı məlumat bazaları barədə ətraflı məlumatlandıracaqlar. Bu məlumatlar isə proqramçılar, müxtəlif elektron xidmət yaradan şirkətlər, startapçılar üçün açıq olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) şöbə müdiri Tahir Məmmədov "Açıq hökumət məlumatları" mövzusunda keçirilən konfransda bildirib.

T.Məmmədov qeyd edib ki, konfrans RYTN tərəfindən idarə olunan portalın inteqrasiyası prosesini sürətləndirmək məqsədilə təşkil olunub. Açıq hökumət məlumatlarının yerləşdirilməsi çox önəmli bir prosesdir. İnformasiya cəmiyyətinin inkişafı üçün əhəmiyyətli məlumatların açıq olması İKT sektorunun inkişafı, mobil tətbiqlərin hazırlanması, dövlət qurumları ilə cəmiyyət, auditoriya arasında daha rahat elektron ünsiyyətin qurulması üçün çox önəmlidir.

RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan www.data.gov.az saytında dövlət qurumlarının, özəl müəssisələrin, bank sektorunun ictimaiyyət üçün açıq olan məlumatları mövcuddur və bu məlumatlar daim yenilənir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.