Dövlət qulluğu imtahanından keçənlər hansı vəzifələrə imtahansız qəbul ola bilərlər?

Dövlət qulluğu imtahanından keçənlər hansı vəzifələrə imtahansız qəbul ola bilərlər?
16 2017 10:55

Nazirlər Kabineti "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nı təsdiqləyib.

Trend-in məlumatına görə, "Dövlət qulluğu haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə müxtəlif qruplara bölünür. A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə, B növü inzibati icraçı vəzifələr üzrə, C növü - yardımçı kargüzarlıq vəzifələri üzrədir.

A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.

Vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla namizədin soyadı, adı, atasının adı dəyişdikdə, sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, sertifikat yararsız hala düşdükdə dəyişdirilə bilər.

DİM dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.