Böyük Britaniya ATƏT-in Minsk qrupunun həmsədirlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərinə köməklik göstərməyə davam edəcək.
Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, bu haqda Böyük Britaniyanın xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi Boris Consonun iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana göndərdiyi məktubda deyilir.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.
Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.
Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.