Dövlət Təhlükəsizliyi Xidməti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edib

Dövlət Təhlükəsizliyi Xidməti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edib
01 2017 14:29

Dövlət Təhlükəsizliyi Xidmətinin "N" hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Bu əlamətdar bayramlar münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

Bildirilib ki, Azərbaycan Respublikasının inkişaf strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb.

Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır.

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.

Çıxış edən valideynlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edərək, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar: “Əsgər və zabitlərimizə göstərilən qayğı hər bir valideyini qürurlandırır. Fəxr edirik ki, bu gün bizim də övladlarımız etibarlı vətən müdafiəçiləri sırasındadır. Ən böyük arzumuz, istəyimiz isə torpaqlarımızın işğaldan azad edilməsi ilə qələbə sevincini yaşamaqdır”.

Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən mahnılar rəğbət və coşqu ilə qarşılanıb.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.