Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı açıqlama yayıb

Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı açıqlama yayıb
03 2017 13:55

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsinə dair məlumatlarla bağlı açıqlama yayıb.

Komitədən Oxu.Az-a daxil olan açıqlamada deyilir: “Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  dəstəyi ilə 2001-ci ildə yaradılmış ÜAK ötən müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların bir-biri ilə mədəni-mənəvi əlaqələrinin qurulması, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və iki ölkə arasında münasibətlərin inkişafı sahəsində mühüm işlər görmüşdür. ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb.

Azərbaycan və Rusiyanın müvafiq dövlət orqanları ilə qarşılıqlı etimada dayanan səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olan ÜAK-ın fəaliyyəti xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrinə əsaslanmış, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verməyə xidmət etmişdir. Təsadüfi deyildir ki, ÜAK-ın II qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin iştirak edərək, geniş nitq söyləmiş, təşkilatın fəaliyyətinin əhəmiyyətini və iki ölkə arasında əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirmişlər. Bu, hər iki dövlətin ÜAK-ın fəaliyyətinə verdiyi yüksək dəyərin bariz ifadəsidir.

ÜAK daim fəaliyyətini Rusiya Federasiyasının qanunları çərçivəsində qurmağa çalışmış, ölkədə mövcud olan dini və etnik tolerantlığın möhkəmlənməsinə, millətlərarası dostluğun, mədəniyyətlərarası dialoqun dərinləşməsinə öz töhfəsini verməyə səy göstərmiş, zəruri məqamlarda iqtisadi tərəqqinin, ictimai-siyasi sabitliyin tərəfdarı kimi prinsipial və ardıcıl mövqe nümayiş etdirmişdir. Rusiyanın milli və dövlət maraqları təşkilatın fəaliyyətinin əsas və dəyişilməz prioriteti olmuşdur.

Bütün bunlar, dünyada və regionda mürəkkəb, ziddiyyətli proseslərin getdiyi indiki şəraitdə ÜAK-ın fəaliyyətinin dayandırılmasının heç də iki ölkənin maraqlarına xidmət etmədiyini çox aydın şəkildə nümayiş etdirir. ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər xalqlarımız arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər.

Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcək”.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.