Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşlarına əlavələr artırıldı

Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşlarına əlavələr artırıldı
25 2017 09:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən Fərmanın 1-ci hissəsində “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilir:

"Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun".

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bu fərman 2017-ci il fevralın 1-dən qüvvəyə minir.


9 İyun 2023
Siyasət

Rəşid Behbudovun anım günüdür - FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.

9 İyun 2023
Siyasət

Azərbaycan bu gün Ukraynaya növbəti humanitar yardım göndərir

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.

9 İyun 2023
Siyasət

Nazir: “Qeyri-neft və qaz ixracı iki dəfəyədək yüksəlib” - FOTO

“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.

9 İyun 2023
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

9 İyun 2023
Siyasət

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.