Dövlət Dəniz Administrasiyası xarici bayraq altında üzən 69 gəmidə 397 nöqsan aşkar edib

Dövlət Dəniz Administrasiyası xarici bayraq altında üzən 69 gəmidə 397 nöqsan aşkar edib
07 2017 14:10

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və izləmə Milli Mərkəzi tərəfindən respublikanın ərazi sularında gəmi sürücülüyünün təhlükəsizliyinin təmin olunması, ərazi sularında üzmə qaydalarına və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə riayət olunmasına nəzarət edilməsi, gəmi sürücülüyü üçün çətin hava şəraiti zamanı fırtına xəbərdarlığının göndərilməsi, təhlükəsiz  lövbər dayanacağı ilə təmin olunması, gəmilərin tanınması və uzaq məsafədən izlənməsi və hərəkət marşrutunun seçilməsi xidmətləri göstərilir.ARDDA-dan "APA-Economics"ə verilən məlumata görə, ərazi sularında gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət olunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi, gəmilərlə radioəlaqələrin daha da etibarlı təşkil olunması, Avtomatik İdentifikasiya Sistemi (AİS) vasitəsi ilə məlumatların operativ surətdə Milli Mərkəzə ötürülməsinin təşkili üçün xüsusi təyinatlı Ultra Qısa Dalğaların yayımı məqsədilə radiostansiya və radio-rele avadanlıqlarının quraşdırılması təmin olunur.Gəmilərlə etibarlı rabitənin təmin edilməsi, Azərbaycanın dövlət bayrağı altında üzən gəmilərə dövlət nəzarətinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə naviqasiya rabitə avadanlıqları quraşdırılıb və mütəmadi  naviqasiya təminatı həyata keçirilir.Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə ötən dövr ərzində Gəminin Mühafizə Həyəcan Sistemi (SSAS) üzrə 247 sınaq, 66 qəza, 1468 rəqəmsal seçmə sınaq çağırış siqnalı daxil olub. Ötən dövr ərzində 21600 naviqasiya ötürməsi həyata keçirilib, 120 gəminin Uzaq Məsafədən Tanınma və İzləmə təsdiqnaməsi, 23 gəminin Beynəlxalq Dəniz Peyk Təşkilatı (İNMARSAT) təsdiqnaməsi, 39 gəminin Dəniz Mobil İdentifikasiya Xidməti (MMSİ) təsdiqnaməsi və 67 gəminin Beynəlxalq Peyk Axtarış-Xilasetmə Sistemi (Cospas-Sarsat) təsdiqnaməsi qeydiyyata alınıb.ARDDA tərəfindən liman kapitanları vasitəsilə, Beynəlxalq və kabotaj səfərlər həyata keçirən  20285 gəminin respublikanın limanlarına girişi və 20061 gəminin limandan  çıxışının rəsmiləşdirilməsi həyata keçirilib.Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə 1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib. Bu nöqsanlardan 276-sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya (STCW) üzrə, 907-si “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS) üzrə, 63-ü “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiya (MARPOL) üzrə, 163-ü “Dənizdə əməyə dair Konvensiya” (ILO (MLC)) üzrə, 50-si "Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiya (ICLL) üzrə, 17-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya (COLREG) üzrə, 46-sı isə digər hallar üzrə olub.Xarici bayraq altında üzən 69 gəmidə aparılan Liman nəzarəti yoxlamaları zamanı isə ümumilikdə 397 nöqsan aşkar edilərək qeyd edilən nöqsanların aradan qaldırılması təmin edilib. Bunlardan 6-sı STCW üzrə , 294-ü SOLAS üzrə, 11-i MARPOL üzrə, 48-i ILO (MLC) üzrə, 25-i ICLL üzrə, 8-i COLREG üzrə və 5-i isə digər nöqsanlar üzrə olub.Aparılan nəzarət yoxlamaları zamanı gəmilərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlar səbəbindən ümumilikdə 58 gəminin səfərə çıxmasına icazə verilməyib. Bunlardan 34-ü Azərbaycan bayrağı altında üzən, 24-ü isə xarici bayraq altında üzən gəmilər olub. Ötən dövr ərzində 3892 gəmi jurnalı təsdiq edilərək gəmilərə təhvil verilib.Azərbaycanın ərazi sularında və liman akvatoriyalarında xarici bayraq altında üzən 1795 gəmiyə bələdçi xidməti göstərilib. Bələdçilər tərəfindən qeyd olunan gəmilərin dəniz kanalları vasitəsi ilə təhlükəsiz olaraq limanlara gəlməsi və limanlardan getməsi təmin olunub.Administrasiyanın Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən, beynəlxalq səfərlər edərək Azərbaycanın limanlarına gələn və kabotaj səfərlər həyata keçirən gəmilər Lövbər dayanacaqları üçün dəniz rayonlarında lövbər dayanacağı ilə təmin olunurlar və lövbər dayanacağında gəmilərə nəzarət təmin edilir. 1436 xarici bayraq altında üzən gəmi lövbər dayanacağı ilə təmin olunub.


26 Fev 2021
İqtisadiyyat

Neft qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

25 Fev 2021
İqtisadiyyat

Mikayıl Cabbarov pakistanlı generalla işğaldan azad edilmiş ərazilərin bərpasını müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru, general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

25 Fev 2021
İqtisadiyyat

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - VİDEO

Fermer təsərrüfatı, yaşayış, sənaye və anbar sahələrində temperatur və rütubət göstəricilərinə nəzarət problemi hər zaman aktual olub. Düzgün və sabit temperatur və rütubət rejiminə riayət olunmaması qida və digər məhsulların xarab olması və yaxud istixana kimi yerlərdə meyvə-tərəvəzin tələfi ilə nəticələnə bilər. Həmçinin, temperaturun ani dəyişməsi istehsalatda qəzalar və digər təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də bu cür nəticələrin və problemin baş verməsinin əvvəlcədən qarşısını almaq çox vacibdir.

25 Fev 2021
İqtisadiyyat

Problemli kreditlərin həcmi açıqlandı

2021-ci ilin yanvar ayına olan göstəricilərə əsasən bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi 900,4 milyon manat təşkil edib.