Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) hüquqi və fiziki şəxslərə müvafiq xidmətlərin elektron formada göstərilməsi, respublikada heyvan və quşlar arasında aparılan epizootik tədbirlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal–ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir. Həmçinin sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır. Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün komitə ilə xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidmətində şəffaflığın qorunması vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsi, vətəndaşlara münasibətdə etik qaydalara əməl olunması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə aparılıb. Göstərilən xidmətlər baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərin daha rahat formada fəaliyyət göstərmələrinə yönəldilib.
Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planına uyğun olaraq, istifadə ediləcək biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində “SATILA BİLMƏZ” sözləri yazılıb.
Büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb.
Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirlərinin görüləcəyi bildirilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
"Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir.
Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.