Dövlət Agentliyi: İcbari tibbi sığorta olunan vətəndaşlar bəzi müayinələr üçün xəstəxanalara əlavə pul ödəyəcək

Dövlət Agentliyi: İcbari tibbi sığorta olunan vətəndaşlar bəzi müayinələr üçün xəstəxanalara əlavə pul ödəyəcək
30 2017 15:18

Azərbaycanda icbari tibbi sığortanın baza zərfində olan bəzi xidmətlərdə azad olma məbləği tətbiq olunacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov APA-ya bildirib ki, kompyuter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT) və digər müayinələrdə sui-istifadə hallarının qarşısını almaq üçün azad olma məbləğı tətbiq olunub.

V.Qurbanov qeyd edib ki, azad olma məbləği MRT və KT müayinələrinə illik təyin edilmiş limitdən sonra tətbiq ediləcək: “KT müayinəsindən keçmək üçün sığorta olunan şəxs 10 manat, MRT müayinəsi üçün 20 manat məbləğində vəsaiti xəstəxananın kassasına ödəməlidir. Bu, həm xəstələr, həm də tibb müəssisələri tərəfindən sui-istifadə hallarının qarşısını almağa xidmət edir. Xəstə öz istəyi ilə MRT, KT kimi müayinələrdən istifadə edə bilməz. Bu müayinələr insan sağlamlığı üçün çox zərərlidir. Bir KT müayinəsi nəticəsində şüalanma rentgen müayinəsindən dəfələrlə çoxdur. Azad olma məbləği baza zərfində olan xidmətlərin az hissəsində tətbiq olunur”.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.