Donald Tusk: Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır

Donald Tusk: Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır
07 2017 09:50

Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Donald Tusk deyib: “Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram. Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək”.


2 İyun 2023
Siyasət

Cibuti prezidenti İlham Əliyevə məktub göndərdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Prezidentdən daxili işlər orqanları əməkdaşlarının ştat sayı həddi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirilib. 

2 İyun 2023
Siyasət

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

2 İyun 2023
Siyasət

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”

“ İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb.