Donald Tramp mübahisəli neft kəmərləri layihələri haqqında sərəncamlar imzalayıb

Donald Tramp mübahisəli neft kəmərləri layihələri haqqında sərəncamlar imzalayıb
25 2017 11:10

ABŞ Prezidenti Donald Tramp mübahisəli neft kəmərləri layihələri haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlar “Şimali Dakota Çıxışı” (“The North Dakota Access pipeline”) və “Keystone XL” neft kəmərlərinin başa çatdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən “Keystone XL” neft kəməri layihəsinin icrasına üç dəfə veto qoyulub.

Uzunluğu 1900 kilometr, dəyəri isə 8 milyard olan “Keystone XL” ABŞ-ın neft emalı zavodlarına Kanadadan neft nəqlini nəzərdə tutur.

“Şimali Dakota Çıxışı” kəməri isə 3,7 milyard dollar dəyərində qiymətləndirilir. Boru kəməri ilə İllinoys, Cənubi Dakota və Ayovadan keçməklə 470,000 min barrel neftin daşınması planlaşdırılır.


17 İyul 2025
Dünya

Tramp Pakistana səfər edəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

17 İyul 2025
Dünya

İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib

İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.

17 İyul 2025
Dünya

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.

17 İyul 2025
Dünya

Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib.

17 İyul 2025
Dünya

İraqdakı yanğında ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.