Dolların “qara bazar” dövriyyəsi nə qədərdir?

Dolların “qara bazar” dövriyyəsi nə qədərdir?
09 Dek 2016 16:29

“Qara bazar”ın dövriyyəsinin hesablanması bir qədər mürəkkəb prosesdir. Lakin biz bunu hərraca çıxarılan vəsaitlə müqayisə edə bilərik. 

Bir daha təkrar edirəm ki, hərraca çıxarılan vəsaitin heç də hamısı “qara bazar”a getmir. Ən azından, bankların özlərinin öhdəlikləri var. Qiymətləndirmələr onu göstərir ki, söhbət 500 milyon dollardan artıq bir vəsaitdən gedir”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov APA-ya müsahibəsində deyib.

“Vətəndaşları bir kənara qoyaq, əgər sahibkar 100 dollardan artıq bankdan pul alırsa, o necə idxal həyata keçirsin? Bu, 100 dollarla mümkün deyil. Sahibkarlar ümumilikdə ixraca yüzlərlə milyon dollar xərcləyir. 

Bəs indiki şəraitdə sahibkar ehtiyacı olduğu pulu haradan almalıdır? Məcburən “qara bazar”a üz tutulur. Bu gün “qara bazar” sahibkarlara limitsiz şəkildə dollar təklif edir. 

Bu, onu göstərir ki, “qara bazar”ın dövriyyəsi olduqca böyükdür. Valyutadəyişmə məntəqələrini bərpa etməklə biz bu vəsaitləri leqallaşdıra, büdcəyə ödənilən vergilərin həcminin artırılmasına, eyni zamanda manata psixoloji təzyiqin azaldılmasına nail ola bilərik”, - deyə ekspert qeyd edib. 

V.Bayramov ilin sonunadək dolların “qara bazar” qiymətini də proqnoz edib:

“Tədiyə balansındakı vəziyyəti nəzərə alaraq, demək olar ki, əgər zəruri müdaxilə olmazsa, ilin sonunadək dolların bazar məzənnəsi 1,95 manatadək qalxacaq. 

Burada Mərkəzi Bankın müdaxiləsi zəruridir. Bazar məzənnəsi dedikdə, mən “qara bazar”dakı məzənnəni nəzərdə tuturam. 

Çünki, dollar alan bank onu satmırsa, rəsmi məzənnənin heç bir əhəmiyyəti yoxdur. Lakin bir gün valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa etsə, onların elan etdiyi məzənnə bazar məzənnəsi olacaq”.


14 Fev 2026
Cəmiyyət

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

14 Fev 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

13 Fev 2026
Cəmiyyət

Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

13 Fev 2026
Cəmiyyət

Zaur Mikayılov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Qəbələ rayonunda vətəndaşları qəbul edib.

13 Fev 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.