Dolların yay aylarına olan məzənnəsi ilə bağlı proqnoz

Dolların yay aylarına olan məzənnəsi ilə bağlı proqnoz
05 2017 16:53

Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə qədər geriləməsi gözlənilir. 

REALPRESS.Az-ın məlumatına görə, “Report”un analitik qrupu daha əvvəl verdiyi 1,65 AZN/USD məzənnə proqnozunu yeniləyərək 1,60 AZN/USD-yə endirib.

Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir. 

“May ayının sonuna qədər dolların 1,65 manat, turizm mövsümünün sürətlənməsi ilə - iyun-iyul aylarında isə 1,60 manat səviyyəsinə düşməsi gözlənilir”, - deyə agentliyin ekspertləri qeyd ediblər.

Analitik qrup dünya bazarında neft qiymətlərinin yaxın 2 ay ərzində 60 dollar/barel səviyyəsinə çatacağını ehtimal edir: “Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi mümkündür”.

“Azərbaycan bazarında dolların məzənnəsi bank sektoru sağlamlaşdırılana qədər dalğalanmağa davam edəcək. Lakin 2004-2014-cü illərdə müşahidə olunan sürətli kreditləşmə və iqtisadi artım bütün dünyada olduğu kimi Azərbaycanda da yenidən bərpa olunacağı gözlənilmir”, - deyə analitiklər əlavə ediblər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.