Banklarda Dollar ucuzlaşmaqda davam edir.
"Marja" xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan Dolların satış qiymətini 1.73 manatdan 1.71 manata endirib. Bu, rəsmi məzənnədən də (1.7282 manat) aşağıdır.
12:31 XXX
Banklar Dolları aşağı salmaqda bir-birlərilə yarışırlar.
“Marja” xəbər verir ki, GünayBank Dolların alış qiymətini 1.7050 manatdan 1.70 manata, satış qiymətini isə 1.7280 manatdan 1.72 manata endirib.
AmrahBank Dolların alış qiymətini 1.70 manatdan 1.68 manata, satış qiymətini isə 1.7350 manatdan 1.72 manata salıb.
Bank of Baku Dolların satış qiymətini 1.7330 manatdan 1.73 manata, TuranBank alış qiymətini 1.6850 manatdan 1.68 manata, satış qiymətini isə 1.7450 manatdan 1.73 manata endirib.
Banklar bir-birlərinə baxıb alış və satış məzənnələrini aşağı salırlar. Artıq xeyli bank Dolları 1.73 manat səviyyələrindən satır.
GünayBank və AmrahBankın ardınca digər bankların da Dolların alış və satış qiymətlərini aşağı salacağı gözlənilir.
Günay Bank Dolları ən baha alıb, ən ucuz satan banklardan biridir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.