Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 21-ə olan USD/AZN məzənnəni açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, USD/AZN məzənnəsi dekabrın 21-də 1,7575 AZN/USD səviyyəsində müəyyən olunub. Bu isə dolların daha 0,28% bahalaşması deməkdir.
Qeyd edək ki, bu dolların məzənnəsində yeni rekord hesab olunur. Belə ki, sonuncu dəfə USD/AZN məzənnəsində rekord dekabrın 16-da qeydə alınıb. Bu zaman isə dolların məzənnəsi 1,7475 manat olub. 19 və 20 dekabrda isə USD/ AZN məzənnəsi stabil olaraq saxlanılıb - 1,7525 manat.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.