Dolların məzənnəsi 1,65-1,70 manatadək ucuzlaşacaq – PROQNOZ

Dolların məzənnəsi 1,65-1,70 manatadək ucuzlaşacaq – PROQNOZ
07 2017 18:01

Azərbaycanda ABŞ dollarının ucuzlaşması prosesi 1,65-1,70 AZN/USD səviyyəsinə qədər davam edəcəyi gözlənilir. Bundan sonra isə məzənnənin təxminən bir il ərzində həmin səviyyədə qalacağı proqnozlaşdırılır. 

REALPRESS.Az xəbər verir ki, bu proqnozu irəli sürən “Report”un analitik qrupu hesab edir ki, hazırda dünya bazarında Azərbaycan neftinin 60 dollar/barelə yaxın qiymətə satılması və büdcə xərclərinin kəskin azaldılması bunu deməyə əsas verir: 

“Neftin dünya bazarında qiyməti də yaxın bir ildə 45 dollar/bareldən yuxarı olacaq. Bəzi hallarda isə qiymətin 65 dollar/barelə qədər yüksəlməsi mümkündür. 

Bu da Azərbaycana əlavə gəlirlər gətirərək bank sistemində yaranan borcların, xüsusilə, Azərbaycan Beynəlxalq Bankının xarici borclarını ödəyərək onun sağlamlaşdırılmasına əlverişli şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun açıqlamasına görə, neftin barelinin qiymətinin 10 dollar artması Azərbaycana əlavə 1,7 mlrd. dollar vəsait qazandırır.

Bununla yanaşı, 2017-ci ildə büdcə siyasətinin sərtləşdirilməsi, fiskal xərclərin azaldılması alıcılıq qabiliyyətini zəiflədərək dollara tələbi aşağı salmağa davam edəcək. İdxal mallarına tələbatın azalması dolların məzənnəsinin yüksəlməsinin qarşısını alacaq. 

Yay aylarında Bakıda keçirilməsi gözlənilən iki mötəbər beynəlxalq idman yarışı zamanı ölkəyə turist axını isə öz növbəsində Azərbaycana xarici valyuta axınını sürətləndirəcək.

Analitik qrup bildirir ki, daha əvvəl, 2015-ci ildə neftin qiyməti 60 dollar/barelə qədər gerilədiyi zaman Azərbaycanda dolların məzənnəsinin 1,20 AZN/USD səviyyəsinə qədər artacağı ehtimal edilirdi: 

“Halbuki o zaman devalvasiya nəticəsində məzənnə 1,05 AZN/USD səviyyəsinə çatdırılıb. Hazırda isə neft yenidən 60 dollar/barelə yaxın səviyyədə qərarlaşıb, lakin məzənnə 1,80 AZN/USD səviyyəsindədir. Bu da məzənnənin tezliklə 1,65 AZN/USD-yə qədər geriləyəcəyini deməyə əsas verir”. 

Qeyd edək ki, hazırda Azərbaycanın tədiyə balansı da iki rübdə cüzi də olsa profisitlə tamamlanır. Yəni, Azərbaycanda dolların məzənnəsinin artmasına cari şəraitdə heç bir əsas yoxdur. 

Lakin “Report”un analitik qrupu 2018-ci ildə neftin qiymətinin yenidən 25-30 dollar/barel səviyyəsinə kimi geriləməsini, dolların məzənnəsinin isə 3,00 AZN/USD-yə doğru hərəkət etməsini mümkün sayır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.