Dolların “qara bazar”da alış və satış qiymətinin aşağı düşdüyü bildirilir. Məlumata görə, bu gün “qara bazar”da dollar 1.82 manata alınır, 1.84 manata satılır.
Dekabr ayının 12-də “qara bazar”da dolların alış qiyməti 1.8350 manata, satış qiyməti isə 1.8450 -1.85 manatadək yüksəlmişdi.
Digər bir məlumata görə, Bakının bir çox nöqtəsində dollar alverçiləri fəaliyyətlərini dayandırıblar. Onlar bunu dollar alıb-satanların olmaması ilə izah edirlər. Lakin ehtimal olunur ki, "qara bazar"ın səngiməsinin səbəbi bu sahədə aparılan reydlərdir. Son günlər dolların qanunsuz satışı ilə məşğul olan bir neçə nəfər saxlanılıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, əhali yaxın günlərdə "qara bazar"a qarşı aparılan mübarizə tədbirlərinin nəticəsini görəcəkdir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.