Dollar ucuzlaşmağa başladı 1 manatdan aşağı düşə bilər..

Dollar ucuzlaşmağa başladı 1 manatdan aşağı düşə bilər..
10 2017 17:10

Mart-aprel aylarında dolların bahalaşcağıl ilə bağlı verilən proqnozlar özünü doğrultmur. Belə ki, son günlər dolların məzənnəsində ucuzlaşma hiss olunur.
Ucuzlaşma davam edərsə, dollar əvvəlki səviyyəsinə, yəni, 0,78 AZN-ə qayıda bilərmi?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, dolların ucuzlaşması üçün iqtisadi səbəb axtarmağa dəyməz. Çünki iqtisadi proseslərin nəticəsi deyil:
"Məzənnə bu günə qədər necə inzibati qaydada tənzimlənirsə, bu gün də inzibati qaydada tənzimlənir. Hər hansı məhsulun ucuzlaşması o vaxt baş verə bilər ki, bazarda həmin məhsulun bolluğuna nail olunsun. Valyuta da həmin mal növlərindən biridir. Azərbaycanın xarici siyasətində ciddi dəyişiklik, eləcə də neftdən başqa qeyri-neft sektoru ilə bağlı irəliləyiş və dəyişiklik yoxdursa, deməli ölkəmizə daxil olan valyutanın həcmində də əvvəlki dövrlə müqayisədə heç bir dəyişikliyə uğramayıb. Yəni, yanvar ayında 1.92 olan məzənnə 1-70-ə qədər ucuzlaşıbsa, bunun bir iqtisadi səbəbi yoxdur. Yeganə iqtisadiyyata aid olan səbəbi odur ki, Mərkəzi Bank dövriyyədə olan manat kütləsini kifayət qədər aşağı salıb. Bu da müəyyən dərəcədə məzənnəyə təsir edir”.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.