Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 12-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 11-i müqayisədə 0,01% ucuzlaşaraq 1,7029 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8033 manatdan 1,8058 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0299 manat olub.
Türkiyə lirəsinin məzənnəsi 0,4566 manatdan 0,4600 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1152 manatdan 2,1256 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7046 manatdan 0,7088 manatadək artıb.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 65,77 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankı 23 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
“Keçən ilin dekabr ayında Azərbaycana səfərimi xatırlayırsınız? Sizə dediyim kimi, bu, Dağlıq Qarabağda yaxınlarda azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəlmiş iqtisadi tərəfdaşlığın başlanmasına xidmət edirdi. Tamamilə bu məqsədlə bu gün şəhər planlaşdırma sektorunda aparıcı İtaliya şirkətlərinin bölgə üçün əsas layihələri verməkdə maraqlı olan azərbaycanlı həmkarlarına özlərini təqdim etməsi üçün onlayn görüş keçirildi”.