Ötən cümə günü 1 Dolları 1.86 manatdan alan banklar, bu gündən alış qiymətlərini 1.84 manat səviyyələrinə endiriblər.
“Marja” xəbər verir ki, bu gün Bank of Baku 1 Dolları 1.8450 manatdan alır.
Unibank, Yapı Kredi Bank Azərbaycan Bazar ertəsi səhər Dollara 1.85 manat alış qiyməti təyin edib.
Banklarda Dolların satış qiyməti isə 1.93 manatdan 1.92 manata düşüb.
Əlavə edək ki, “qara bazar” 1 dolları 1.85 manata alıb, 1.87 manata satır.
Neft son həftələr ərzində sürətli şəkildə bahalaşdı və bu proses özü ilə birgə bazarda nikbin proqnozların artmasına da səbəb oldu. Lakin, nəzərə alsaq ki, neft qiymətləri özünün dəyişkənlik dinamikasına görə fərqlənir, onun qiymətinin yenidən aşağı səviyyəyə enməsi istisna hal deyil.
Qlobal tullantılar keçən il 2 milyard ton azalıb.