Türkiyənin Diyarbəkir şəhərində partlayışın Diyarbəkir rayon Polis İdarəsinin Bağlar qəsəbəsində yardımçı binasında zirehli avtomobillərin təmiri emalatxanasında baş verdiyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, partlayış aksiyaların dağıdılması üçün istifadə edilən xüsusi texnikanın təmiri zamanı baş verib.
Partlayış baş verən emalatxana binası çöküb. Hadisə yeriən xilasedicilər cəlb olunub.
Türkiyənin NTV telekanalı 1-i ağır olmaqla, 4 yaralının olduğu barədə məlumat yayıb.
12:29
Türkiyənin cənubi-şərqində Diyarbəkir şəhərinin Bağlar rayonunda güclü partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Bir neçə nəfərin yaralandığı haqqında məlumat yayılıb. Hadisə haqqında rəsmi açıqlama hələlik yoxdur.
Diyarbəkir vilayətində Türkiyədə qadağan edilmiş Kürdistan Fəhlə Partiyası fəaliyyət göstərir. Bu partiyaya qarşı Türkiyənin təhlükəsizlik xidməti dəfələrlə terror əleyhinə əməliyyatlar keçirib.
Fransanın qərbində Nant şəhərindəki liseydə həmyaşıdı tərəfindən bıçaqla hücuma məruz qalan bir şagird həlak olub.
Londonda Ukrayna nizamlanması ilə bağlı məsləhətləşmələr iştirakçılar arasında fikir ayrılıqlarını üzə çıxarıb.
Astanada Qazaxıstan Xalqları Assambleyasının (QXA) XXXIV sessiyasının plenar iclası başa çatıb.