Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyəti müzakirə olunub

Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyəti müzakirə olunub
17 Dek 2016 09:44

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə İmişli şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda seminar-müşavirə keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyularaq xatirəsinin yad edilməsi ilə başlanıb.

Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, İmişli RİH başçısı Vilyam Hacıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, dini icma sədrləri, din xadimləri, və ziyalılar iştirak ediblər.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filminin nümayişi ilə başlanıb. Tədbirin ikinci hissəsini giriş sözü ilə açan İmişli RİH başçısı Vilyam Hacıyev çıxış edərək ölkəmizdə dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayıb. Cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini qeyd edib. O, bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayaraq, milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə metodları istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Daha sonra çıxış edən natiqlər ölkəmizdə dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olacağını nəzərə çatdırıblar.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar paylanılıb.


24 Yan 2025
Cəmiyyət

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

24 Yan 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 25.01.2025

Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

24 Yan 2025
Cəmiyyət

"Azeri Light" markalı neft ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.

24 Yan 2025
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.01.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

24 Yan 2025
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 24.01.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.