Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bir sıra ölkələrin ombudsmanlarına müraciət edilib

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bir sıra ölkələrin ombudsmanlarına müraciət edilib
14 Dek 2016 17:07

Dekabrın 14-də Bakıda könüllü jurnalistlərin “Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör!” təşəbbüs qrupunun təşkilatçılığı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin, ayrı-ayrı siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər kəsi erməni girovluğundakı Dilqəm və Şahbazın azadlığa buraxılmaları üçün aparılan mübarizədə fəallığa çağırıb. O qeyd edib ki, dövlət bu istiqamətdə yüksək səviyyədə çalışır. Bizim yolumuz düzgündür, onlar haqsız olaraq girov saxlanılıblar. Hər gün, hər an bu məsələni beynəlxalq aləmdə vurğulamalıyıq.

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, deputat Xanhüseyn Kazımlı bildirib ki, bu məsələ tez-tez müzakirə olunur. Ümumiyyətlə, Şahbaz və Dilqəmin azadlığa buraxılmaları, digər ölkələrə köçürülmələri məsələsinin həlli üçün çalışmaq lazımdır. Bunun üçün əlimizdən gələni etməli və müsbət nəticəyə nail olmalıyıq. Bu, Azərbaycan xalqının problemidir. Siyasi təşkilatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri bu işə diqqət yetirməli, məsələnin həlli istiqamətində atılan addımlarda fəal iştirak etməlidirlər. Bununla yanaşı, Ermənistanın işğalı altında olan torpaqlarımızı geri qaytarmaq üçün hər birimiz Prezidentimizə dəstək olmalıyıq.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi komitəsinin sədri Əlövsət Ağalarov tədbirin mahiyyəti barədə danışıb. O bildirib ki, bu məsələ ilə əlaqədar görülən işlər davam etdirilməlidir. Biz səsimizi beynəlxalq aləmdə eşitdirməliyik.

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu məsələnin hüquqi baxımdan bütün maddələri Dilqəmin və Şahbazın lehinədir. Ermənistan iki Azərbaycan övladını məhkum edib, girov saxlayıb və onlara hər cür zülm edir. Bu məsələnin həlli üçün əlimizdən gələni etməliyik. Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Milli Məclisin deputatı Elman Nəsirov hər kəsi girovların azad olunması istiqamətində mübarizədə ruhdan düşməməyə, bütün imkanlardan istifadə etməyə çağırıb. Qeyd edib ki, biz onlarla görüşlərə mütləq nail olmalı və ən başlıcası, həmin məsələyə biganə yanaşmamalıyıq.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrin nəticəsi olaraq Azərbaycanın və digər ölkələrin ombudsmanlarına, bir sıra beynəlxalq təşkilatlara müraciətlər qəbul olunub.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.