Diktatorların gizli hobbiləri

Diktatorların gizli hobbiləri
15 2017 10:06

Tarixin məşhur hökmdarları, dövlət başçıçları qeyri-adi istedadları ilə seçiliblər. İctimaiyyətin əksər vaxtlar xəbərsiz qaldığı bu gizli hobbilər gec və ya tez üzə çıxırdı. Modern.az tarixi şəxsiyyətlərin gizli hobbiləri haqda yazını təqdim edir. 
İvan Qroznı – bəstəkar 
Rusiya çarı İvan Qroznını (1533-1584) psixoloji problemlərdən əziyyət çəkdiyi məlumdur. Tarixi mənbələr qəzəblənərək yüzlərlə insanı edam etdirən hökmdarın sonradan dərin vicdan əzabı çəkdiyi və edam etdiyi insanların xatirəsinə böyük pullar xərclədiyi məlumdur. 
Həm sadist, həm də dindar olan Qroznı hər gün 9 saat dua edir, kilsə xorunda oxuyurdu. Amma bundan başqa, onun həm də kilsə himnləri yazdığı da məlumdur. Dövrümüzə onun 2 kilsə himni – XIII-XIV əsrlərdə Moskva mitropoliti Pyotr və Sreteniyə həsr olunub. 
Rusiya orta əsr musiqisinin mütəxəssisləri İvan Qroznını əsərlərini XVı sər kilsə himnləri arasında öz poetikliyi ilə seçildiyini bildirib. 
Səddam Hüseyn – sevgi romanlarının müəllifi 
İraqın mərhum diktatoru Səddam Hüseyn (1979-2003) tarixdə fasiləsiz müharibələr etməklə qalsa da, onun şair və yazıçı olmaqsı faktı gözdən yayınıb. Belə ki, İraq lideri hərbi strategiyaya aid bir neçə kitab, 19 cildlik avtobioqrafiya və silsilə sevgi şeirləri (son şeirini edamdan öncə yazıb) yazıb. Paralel olaraq, Səddam Hüseyn 4 sevgi romanının – “Zəbibə və hökmdar”, “Alınmaz qala”, “Kişilər və şəhər” və “Get, lənətə gəlmiş” müəllifidir. 
Onun ən məşhur romanı olan “Zəbibə və hökmdar” romanında baş qəhərman olan hökmdar (Səddam Hüsenin öz obrazı) Zəbibə adlı (İraq) qızla tanış olur. Lakin yadelli sərkərdə (ABŞ) onları ayırır və Zəbibəni 17 dəfə zorlayır. Qərb mütəxəssisləri romanı oxuyaraq Səddamda özünəvurğunluq əlamətlərinin olduğunu bildirmişdilər. 
Kim Çen İr – opera müəllifi 
Kim Çen İr tarixdə Şimali Koreya Kommunist Partiyasının lideri kimi düşüb. Bundan başqa, onun daha 54 titulunun olması məlumdur. Amma bununla yanaşı, Kim Çen İr opera müəllifi kimi də tanınıb. O 2 il ərzində 6 opera yazıb. Ölkəsində bu operalar sənət əsəri sayılsa da, professional musiqiçilər əsərlərin önəmini aşağı dəyərləndirir. Kim İr Senin ən populyar operası “Qan dənizi” adlanır. Atası Kim İr Senin eyniadlı əsəri əsasında yazılan opera Koreyada yapon zülmündən bəhs edir. 1971-ci ildə təqdimatı keçiriləndən bəri bu opera hər həftə Pxenyan opera binasında 304 dəfə səhnəyə qoyulur. 
I Nikolay – modelyer 
Rus çarları arasında zad sözə ən çox düşmən kəsilən I Nikolay hərbi həyatın zahiri görkəmini – paradları, mundirləri və s. sevirdi. Döyüşlərdə şəxsən iştirak etməsə belə, həbçrilərin döyüşdə geyəcəyi formanın eskizləri I Nikolayın diqqətində olurdu. Tikiş işinə dərindən bələd olan Nikolay eskizlərin üzərində saatlarla işləyirdi. 
Mülki həyatda da, hərbi qaydalara tərəfdar olan çar bütün dövlət işçilərinin vahid geyim formasını da yaratmışdı.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.