Devid Harris: Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti yüksək qiymətləndirilir

Devid Harris: Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti yüksək qiymətləndirilir
31 2017 11:15

Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda müxtəlif dini konfesiyaların tarixən sülh şəraitində yaşadığını diqqətə çatdıraraq, yəhudi icmasının əsrlər boyu ölkəmizdə mövcud olduğunu bildirib. O, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə töhfəsini verdiyini və bu xüsusda, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Forumu və Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Devid Harris Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları və İsrail ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


2 İyun 2023
Siyasət

Cibuti prezidenti İlham Əliyevə məktub göndərdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Prezidentdən daxili işlər orqanları əməkdaşlarının ştat sayı həddi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirilib. 

2 İyun 2023
Siyasət

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

2 İyun 2023
Siyasət

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”

“ İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb.