"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik".
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.
O, Azərbaycana 8 nəfərlik nümayəndə heyəti ilə gəldiyini bildirib: “Biz yeni administrasiyadan olan nümayəndələrlə gəlmişik və ümid edirik ki, bu, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq. Həmçinin səfərimiz İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra baş tutub. Biz İsraillə Azərbaycan və ABŞ-la arasındakı münasibətləri yüksək qiymətləndiririk və vacib hesab edirik. Azərbaycan ABŞ üçün vacib və dost ölkədir".
D. Harris Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə toxunaraq, qeyd edib ki, görüşdə ABŞ-Azərbaycan, İsrail-Azərbaycan münasibətləri, regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi, Rusiya və İranla münasibətlər müzakirə edilib.
“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.