Hazırda idman karyerasını bitirmiş 41 yaşlı İngiltərəli futbol ulduzu Devid Bekhem hər həftə dövlət büdcəsinə 153 min funt sterlinq vergi ödəyəcək.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumət həmçinin Devidin və xanımı Viktoriyanın imic hüquqlarından istifadəyə nəzarət edən “Beckham Brand Holdings Ltd” şirkətindən gündəlik 22 min funt sterlinq tutur.
Bekhemlər ailəsi 2015-ci ildə 31 milyon gəlir əldə edərək, bu məbləğin 8 milyonunu vergi hesablarına köçürüb.
Rəqəmlərdən belə aydın olur ki, “Breitling” saat brendi və “Haig Club” viski istehsalçısı ilə reklam müqavilələri sayəsində Devid Bekhemin işləri yaxşı gedir, “Viktoriya” brendi isə böyük itkilərə məruz qalmaqdadır.
Qeyd edək ki, Devid Bekhem, əvvəllər “Spice Girl” qrupunun solisti olmuş xanımı Viktoriya və onların dörd övladı Londonda dəyəri 45 milyon funt sterlinq olan malikanədə yaşayırlar.
İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
“İsrail və HƏMAS arasında münaqişədə Türkiyə üçün prioritet atəşkəsin bərqərar olması və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməkdir”.