Deputatlar şəhid ailələri və Qarabağ əlillərinin tədbirinə gəlmədi

Deputatlar şəhid ailələri və Qarabağ əlillərinin tədbirinə gəlmədi
06 Dek 2016 11:44

İcbari sığorta məbləğinin ödənilməsi barəsində məhkəmə qərarları icra olunmamış qalıb

“İcra məmurları məhkəmənin şəhid ailələrinə və Qarabağ əlillərinə xeyrinə verdiyi qərarı icra etmir, icbari sığorta məbləğini ala bilmirik. Amma icra məmurları bankların şəhid ailələrinə və əlillərə qarşı verdiyi qərarı isə icra edir”. 
Şəhid ailələri və Qarabağ əlillərinin qarşılaşdığı sosial məsələlərə həsr olunmuş mətbuat konfransında bildirilib. 
Tədbirdə deyilib ki, güzəştli kateqoriyadan olan vətəndaşların əksəriyyətinin banklara borcu var və onlara banklara olan borcu ödəməkdə çətinlik çəkirlər. Bank isə onları məhkəməyə verib sosial müavinət hesabına həbs qoydururlar, dövlət tərəfindən verilən mənzillər əllərindən alınır. 
Şəhid ailələri və Qarabağ əlilləri onlara icbari sığorta məbləğinin ödənilməsi barəsində məhkəmə qərarlarının icra olunmamasından şikayətçidirlər və yaxın günlərdə bunu Ədliyyə nazirinin qəbulunda bildirəcəklər.
Tədbirdə çıxış edən şəxslər icbari sığorta məbləğinin ödənilməməsində Milli Məclisin və Maliyyə Nazirliyinin dövlət adına çıxan məhkəmə qərarlarının icra edilməsi istiqamətində tədbir görməməkdə ittiham etdilər. 
Hər deputatın dairəsində şəhid ailəsinin və Qarabağ əlilinin olduğunu nəzərə alan tədbirin təşkilatçılar tədbirə Milli Məclisin üzvlərini də dəvət etmişdilər. Amma onlar tədbirə gəlmədilər. 
Şəhid ailələri mənzil probleminin həll olunmadığından da narahat olduları vuğuladılar. 10 ildən artıqdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənzil siyahısında olduğunu bildirdən şəhid ailələri mənzil almaq üçün bu qurumu məhkəməyə verəcəklərini də bildirdilər.
Tədbirdə çıxış edən hüquqşunaslar icbari sığorta məbləğinin alınması iddiası ilə şəhid ailələrinin 2015-ci ildən sonra məhkəməyə müraciətlərinin artdığını deyiblər. Hansı ki, həmin şəhidlər və Qarabağ əlillər 1992-1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda mübarizə aparıblar.  
Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, adı çəkilən şirkət bu vəsaiti ödəməkdən boyun qaçırır. 

13 İyun 2025
Cəmiyyət

Mikayıl Cabbarov "Business Talks" haqqında paylaşım edib

"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən "Business Talks"da dayanıqlı maliyyələşmə üçün ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin vacibliyini vurğuladıq".

13 İyun 2025
Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə milli park yaradılır

İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.

13 İyun 2025
Cəmiyyət

Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir

Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

13 İyun 2025
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,28 ABŞ dolları və ya 1,77% artaraq, 73,45 dollar/barel təşkil edib.