Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva ölkədəki onminlərlə sənədsiz evin olduğunu qeyd edəkrək onların məsələsini qaldırıb və hökumətə çağırış edib.
Məlumatına görə, deputat bildirib:
“Büdcəyə daxilolmaların artması, əlavə mənbələr barədə danışırıq və mən bu mənbələrdən biri ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bu gün ölkəmizdə onminlərlə sənədsiz ev var. Onların sənədləşmə mexanizmlərinin qısa zamanda tapılması vacibdir. Bu məsələnin həlli yüzminlərlə vətəndaşımızın həyatı üçün olduqca vacib olmaqla yanaşı, dövlət büdcəsinə böyük həcmdə vergi və rüsumların cəlb edilməsinə də təsir göstərə bilər. Ona görə də müvafiq qurumların bu məsələyə böyük diqqət göstərməsi çox önəmlidir. Onminlərlə ailə üçün çox vacib olan bu məsələ ilə bağlı ümid edirik ki qısa zamanda ciddi addımlar atılacaq”.
Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar günü münasibətilə sosial media hesabında paylaşım edib.
Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşən “AzerFloat” şirkətinin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı zavodunun açılışı olub.