Deputat: Türk nazirlərin Hollandiyaya buraxılmaması demokratiyaya böyük təhdiddir

Deputat: Türk nazirlərin Hollandiyaya buraxılmaması demokratiyaya böyük təhdiddir
13 2017 10:25

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanması və Hollandiya polisi tərəfindən dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsi demokratiyaya böyük təhdiddir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, türklər Hollandiyada öz fikirlərini dinc şəkildə ifadə edirdilər: “Ancaq polislər itlərdən istifadə edərək onları itlərə qapdırırlar, insanları atların ayağı altına salırlar. Türkiyədə olan məsələlərə öz münasibətlərini dinc, demokratik yolla ifadə edən insanlara qarşı bu cür hərəkətlər Avropa üçün böyük utancverici bir haldır. İndiyənə qədər mən görməmişdim ki, XXI əsrdə polislər dinc insanları itlərə qapdırsınlar”.

B.Əliyev bildirib ki, bu bütün demokratik prinsiplərə, bəşəri dəyərlərə ziddir: “Düşünürəm ki, Avropadakı siyasətçilər, o cümlədən Niderlanddakı siyasətçilər buna qarşı öz haqq səslərini ucaldacaqlar və demokratiyaya qarşı yönəlmiş bu cür hərəkətləri qətiyyətlə pisləyəcəklər. Çünki bu, qətiyyən yolverilməz bir haldır və demokratiyaya böyük bir təhdiddir. İnsan haqları, azad söz ifadəsinə münasibət budurmu?! Bunlar terrorçulara, separatçılara qucaq açırlar, yer verirlər, onların başqa ölkələrə qarşı yönəlik hərəkətlərinə dəstək verirlər, ancaq türkiyəli nazirləri, diplomatları nəinki ölkəyə buraxmırlar, səfirlərin avtomobillərini saxlayırlar. Bu ümumiyyətlə Viyana Konvensiyasına ziddir, eyni zamanda insanların dinc yolla fikirlərini sərbəst ifadə etmələrinə qarşı itlərdən istifadə etmələri XXI əsrin faciəsidir”.


18 Apr 2025
Siyasət

Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb.

18 Apr 2025
Siyasət

İmişlidə əmək yarmarkası keçirilib

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

18 Apr 2025
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

18 Apr 2025
Siyasət

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

18 Apr 2025
Siyasət

Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tovuzda bu, eləcə də Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.