Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması dövlət başçısının xalqa göstərdiyi bir qayğıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Prezident əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün lazımi tapşırıqlar verir:
“Dövlət başçısının bu tapşırığı da vətəndaşlara bir dəstəkdir. Əlbəttə, prezidentimiz hər zaman xalqın yanında olduğu kimi, xalqın maraqlarını hər şeydən üstün tutduğu kimi, indi də bunu nümayiş etdirdi”.
F.Ağamalı hesab edir ki, ölkə Prezidenti gələcəkdə də bu məsələyə qayıda bilər:
“Çünki xalqımızın həyat səviyyəsinin yaxşılaşması, sosial problemlər içərisində olmaması ana xətt təşkil edir və dövlətimizin başçısı bu məsələni həmişə diqqətdə saxlayır”.
“ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi ölkələr arasında yüksək səviyyəli əməkdaşlığa verilən qiymətdir”.
Xəbər verildiyi kimi, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib.
16-20 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib.
Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçidi prosesi davam etdirilir.
Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.