Deputat: Azərbaycan-İsrail əməkdaşlığı regionda sülhə xidmət edir

Deputat: Azərbaycan-İsrail əməkdaşlığı regionda sülhə xidmət edir
21 Dek 2016 09:20

“Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasətini qurur, sülh siyasəti yürüdür. Bu baxımdan Azərbaycan-İsrail münasibətləri bütövlükdə regionda sülhün bərqərar olmasına xidmət edən amildir”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın İsrail ilə əməkdaşlığı bölgədə inkişafa, sülhə və əmin-amanlığa xidmət edir:

“Bu əməkdaşlıq qətiyyən üçüncü ölkələrə qarşı yönəlməyib. Əksinə, onlarla da qarşılıqlı əməkdaşlığa və iqtisadi inkişafa xidmət edən münasibətlər var. Azərbaycan-İsrail münasibətləri bundan sonra da yüksələn xətlə davam edəcək”.

İranda bir sıra siyasətçilərin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən narahatlıq ifadə etməsinə gəlincə, deputat vurğulayıb ki, ola bilsin, İranda Azərbaycan-İran münasibətlərindən qıcıqlanan bəzi qüvvələr var: “İran Azərbaycana dost ölkədir, ikitərəfli münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir. İranda bəzi qüvvələr Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı qıcıqlandırıcı bəyanatlar səsləndirməklə Azərbaycan-İran münasibətlərini korlamaq istəyirlər”.


3 Okt 2023
Siyasət

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.

3 Okt 2023
Siyasət

Rəşad Nəbiyevin vətəndaş qəbulu təxirə salınıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

3 Okt 2023
Siyasət

Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu yollayıb

2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.

3 Okt 2023
Siyasət

Ceyhun Bayramov Britaniya səfiri ilə Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə edib

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.