Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində keçirilən təlim başa çatıb.
Administrasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu təlim, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın tələbləri əsasında, Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin bilik və bacarığının yoxlanılması, qiymətləndirilməsi və onlara sertifikat verilməsi” adlı kursuna uyğun olaraq həyata keçirilir.
Təlim zamanı bilik və bacarığın yoxlanılması, qiymətləndirilməsi və sertifikatların verilməsi üzrə prosedurlar haqqında məlumat verilib. Bu il noyabrın 16-dan həyata keçirilən tvinninq layihəsi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirmək məqsədi daşıyır. Qeyd edilən kurslarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri, SOCAR-ın Tədris, Təlim və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və bu qurumun təlim mərkəzinin, “AZPİLOT LLC”, “Occupational Training İnstitute” təlim mərkəzlərinin əməkdaşları da iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.
“Azərsu” ASC Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Qubadlı rayonunda ağacəkmə aksiyası keçirilib.