İctimaiyyətlə sıx əlaqədə olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları (DQ) ölkədə keçirilən bir çox xeyriyyə tədbirlərində yaxından iştirak edir. Qoşunların bir sıra rayon icra hakimiyyəti orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə müxtəlif layihələrdəki fəaliyyəti ictimaiyyət tərəfindən də təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəxsi heyətin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Talassemiyasız həyat naminə” layihədəki iştirakı da bu qəbildəndir.
Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası ölkəmizin paytaxtında və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olaraq, talassemiya pasiyentlərinin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına kömək göstərir.
Artıq neçə ildir ki, Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu talassemiya xəstəliyindən əziyyət çəkənləri xilas etmək naminə qanvermə aksiyasında iştirak edirlər. Aksiya müəyyən edilmiş qaydaya əsasən hər il bir hərbi hissədə keçirilir.
DQ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti qanvermə aksiyası Qoşunların Ali Hərbi Məktəbində keçirilib.
Hərbi qulluqçularla yanaşı, Ali Hərbi Məktəbdə təhsil alan kursantlar da bu aksiyaya qoşulublar. Bir vətəndaş kimi talassemiya xəstələrinə yardım etmələrini mənəvi borc hesab edən hərbi qulluqçularımız “Talassemiyasız həyat naminə” layihəsinin nə qədər vacib olduğunu anlayır və bu istiqamətdə lazımi miqdarda qan vermələrini fəxrlə qarşılayırlar.
Unutmaq lazım deyil ki, qanverməyə ayrılan bir saat vaxt bir həyata bərabərdir.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.