Qəbələ Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 kitab, 13 jurnal, 4 qeyd dəftəri aşkar edilərək götürülüb. Görülən tədbirlər nəticəsində, həmçinin 51 CD və DVD disk, 5 yaddaş kartı, kustar üsulla hazırlanmış tüfəng, 12 patron və bir bıçaq aşkar edilib.
"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən "Business Talks"da dayanıqlı maliyyələşmə üçün ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin vacibliyini vurğuladıq".
İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.
Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.