Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün xüsusi təyinatlı qrup göndərəcək

Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün xüsusi təyinatlı qrup göndərəcək
21 2017 15:24

Danimarka İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraq və Suriyaya 60 hərbi qulluqçudan ibarət xüsusi təyinatlı qrup göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər Danimarkanın xarici işlər naziri Anders Samuelsenin bəyanatına istinadla yayıblar.

Bu barədə qərar Danimarkanı İŞİD-ə qarşı mübarizə koalisiyasında öz iştirakını gücləndirməyə çağıran ABŞ-ın tələbinə cavab olaraq Krallığın parlamentində səsvermə yolu ilə qəbul edilib.

Parlamentin qərarına əsasən, Danimarka genişləndirilmiş hərbi mandat çərçivəsində 60 xüsusi təyinatlı hərbi qulluqçudan ibarət qrupu, həmçinin ABŞ-ın təyyarədaşıyan gəmilərini müşayiət edəcək “Peter Willemoes” gəmisini İraq və Suriya regionuna göndərəcək. Qoşunların hərbi əməliyyatlar zonasına göndərilməsinin dəqiq vaxtı açıqlanmır.

Anders Samuelsen jurnalistlərə müsahibəsində bildirib ki, Danimarka hərbçiləri bilavasitə İraqla sərhədin yaxınlığında xidmət edəcəklər. A. Samuelsen əlavə edib ki, parlament əksəriyyətinin bu qərarı dəstəkləməsi onu sevindirir.

Yerli jurnalistlərin fikrincə, digər NATO ölkələri kimi, Danimarka da ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın təzyiqi altındadır. D.Tramp alyansın iştirakçıları olan ölkələrdən İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya daha sanballı töhfə verməyi tələb edir. Danimarka bu koalisiyaya 2014-cü ilin oktyabrında qoşulub.

Qeyd edək ki, Danimarka 2016-cı ilin aprelində İraqa 120 hərbi qulluqçu göndərib. Hazırda Bağdad yaxınlığındakı Əl-Əsəd aviasiya bazasında yerləşən qrup İraq əsgərlərinə və kürd silahlılarına təlimlər keçir. O zaman Danimarka hökuməti ölkənin hərbi qulluqçularının Suriyada xidmət etməsi ilə bağlı parlamentlə siyasi razılaşma əldə edə bilməmişdi. Ancaq bu dəfə Danimarka parlamenti həmin ideyanı dəstəklədi.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.