Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə klinikasında 50-ci uşaq üzərində koxlear implantasiya əməliyyatı keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, koxlear implantasiya əməliyyatı ağır dərəcəli eşitmə zəifliyi olan, eşitmə cihazı taxmasına baxmayaraq nitqi inkişaf etməyən uşaqlara icra olunur. Bu əməliyyatla implant cihazı daxili qulağa yerləşdirilir. Əməliyyatın məqsədi uşaqlarda nitqin inkişafı üçün yetərli dərəcədə eşitməni təmin etməkdir. Koxlear implantasiya erkən yaş dövründə icra olunan uşaqlarda nitqin inkişafı yaşıdları kimi olur və bu, onları “eşitmə qüsurlu uşaq” statusundan qurtarır.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.